Patriarx Kirill insanları müharibəyə səslədi - DÖYÜŞDƏ ÖLMƏKDƏN QORXMAYIN!

15:50 26.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rus Pravoslav Patriarxı Kirill son xütbəsində rus əsgərlərə xitabən “vətən qarşısında borclarını yeri nə yetirməyə get və döyüşdə ölməkdən qorxma” deyib. Onun sözlərinə görə, başqaları üçün fədakarlıq törətdikləri bütün günahları təmizləyəcək.

Hafta.az-ın yazdığına görə, ölkənin hazırda çətin dövr yaşadığını vurğulayan Kirill ölkəni bürüyən etiraz aksiyalarını görməzdən gələrək deyib ki, guya gənclər Rusiya ordusuna axışır və müharibədə iştirak eləmək onların arzusudur. 



Patriarx Kirill rus ordusuna müraciət edərək onları "əbədi həyatı həmişə xatırlamağa" çağırıb və deyib: "Gedin, öz hərbi borcunuzu cəsarətlə yerinə yetirin. Yadda saxlayın ki, əgər siz canınızı vətən, dostlarınız üçün qurban vermisinizsə, o zaman Allahın izzətində, əbədi həyatda Onunla birlikdə olacaqsınız”.

Kirril iddia edib ki, Rusiya ordusu heç kimə hücum etmir, sadəcə öz sərhədlərini qoruyan sülhsevər qüvvədir.

Qeyd edək ki, Patriarx Kirill İngiltərə, Kanada və Litvada sanksiya siyahısındadır. Avropa Birliyinin qəbul etmək istədiyi sanksiya qərarı isə Macarıstan tərəfindən əngəllənib.

Oxunma sayı 2245
Siyasət rubrikasından digər xəbərlər