Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO

14:12 20.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şüvəlan qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş tapança aşkarlanıb.

 

Hafta.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Xəzər rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbiri nəticəsində məhkum Şərifov Ehtiram Bəxtiyar oğluna məxsus, Bakı şəhəri Şüvəlan qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş bir ədəd “STALKER” markalı tapança və bir ədəd sandıqça aşkar olunaraq götürülüb.

Oxunma sayı 51