Polis əməkdaşı yol qəzasında öldü 

23:21 13.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü - 1995-ci il təvəllüdlü Toğrul Əsədov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, sürücü orada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, dünyasını dəyişən T.Əsədov Gədəbəy Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin əməkdaşıdır.

Oxunma sayı 17