Prezident İlham Əliyev Berdiməhəmmədova təşəkkür etdi 

12:54 28.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Qardaşım, Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm və Türkmənistana İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) uğurlar arzu edirəm”.

 
Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.


Bundan əlavə qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edir və Təşkilata rəhbərlik işində uğurlar arzu edirəm".

 


"Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik".

Oxunma sayı 113
Siyasət rubrikasından digər xəbərlər