Prezident aşpazın qonağı oldu

22:48 15.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq dünyada kifayət qədər məşhur olan aşpaz CZN Burakı ziyarət edib.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, əsasən sosial mediada nəhəng ölçülü ləziz yeməklər hazırlamaqla məşhurlaşan türk aşpaz Ərdoğanın sürprizindən olduqca həyəcanlanıb. Aşpaz Prezidentə çay təklif edib. O isə öz nəvbəsində künefe satışı ilə maraqlanıb.

Qısa müddət ərzində Burakın komandasına daxil olan aşpazların üzərində “Rəis” yazılmış pide hazırlayıb, Ərdoğana təqdim etmələri isə görüşün ən maraqlı məqamı olub.

Oxunma sayı 32