Prezident Şəhriyar Məmmədyarovun atası ilə görüşüb - FOTO

12:53 21.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

 

Hafta.az xəbər verir ki, həmin şəxslərin arasında məşhur azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun atası da olub. Zəngilandan məcburi köçkün olan Həmid Məmmədyarov dövlət başçısı və xanımı ilə söhbətləşib:

 

İlham Əliyev: Salam, necəsiniz? Bu kişini tanıyırsan, Mehriban?

 

Mehriban Əliyeva: Salam, necəsiniz? Şəhriyar Məmmədyarovun atasıdır?

 

İlham Əliyev: Şəhriyar Məmmədyarovun atasıdır.

 

Mehriban Əliyeva: Xoş gördük.

 

İlham Əliyev: Şəhriyar necədir?

 

Həmid Məmmədyarov: Çox sağ olun. Hər şey gözəldir, sağ olun.

 

İlham Əliyev: Sağ ol.

 

  
 
Oxunma sayı 22