Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

17:21 08.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun rayonun Puta qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Hafta.az yazır ki, görüşdə rayon hüquq-mühafizə orqanlarının, təsərrüfat sahələrinin rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, ümumilikdə 100-dən çox qəsəbə sakini iştirak edib. 

Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən sakinlərindən 6 nəfəri fərdi qaydada dinlənilib, həlli mümkün müraciətlər yerindəcə həll edilib, vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinləri Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami” çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumatlandırılıb.

Sosial rubrikasından digər xəbərlər