Putin doğum günü öz-özünü maaşını qaldıraraq təbrik etdi 

10:14 08.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin dünən qeyd etdiyi ad günündə öz özünü çox maraqlı formada təbrik etməyi unutmayıb.

Hafta.az yazır ki, Putin məhz dünən imzaladığı yeni sərəncamla öz maaşını 4,3 faiz artırıb. Prezident eyni zamanda, Müdafiə, Fövqəladə Vəziyyət, Daxili İşlər nazirlərinin, eləcə də Federal Təhlükəsizlik Xidməti rəhbərinin maaşını qaldırıb.

Bu arada, Rusiya prezidenti doğum gününü qeyd etməzdən əvvəl isə müdafiə naziri Sergey Şoyqu ilə Tayqa meşələrinə səyahətə çıxaraq, bir neçə gün təbiətin qoynunda vaxt keçirmişdi.

Qeyd edək ki, 7 oktyabr 1952-ci ildə doğulan Vladimir Putin 67 yaşını tamamlayıb.