Rusların kifayət qədər hava hücumundan müdafiə sistemləri yoxdur, ona görə də mayın 9-da paradın təhlükəsizliyi üçün bu texnikaların Moskvaya çəkmək o deməkdir ki, onlar haradasa hansısa mühüm hərbi obyektin yaxınlığında döyüş növbətçiliyindən çıxarılacaq.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, hərbi ekspert Pavel Narojnının "Radio NV"-nin efirində qeyd etdiyi kimi, bu, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin Moskvaya ötürülməsi ilə əlaqədar “açığa çıxacaq” düşmənin hərbi obyektlərinə ciddi zərbələr endirməsi üçün çox əlverişli vəziyyətdir.
Məlumat var ki, ruslar mayın 9-da Moskvada keçiriləcək parad zamanı təhlükəsizliyi təmin etmək üçün paytaxta 280 hava hücumundan müdafiə sistemi toplayır. Xüsusilə, Kazan və Qroznıdan. Moskvanın bütün hava hücumundan müdafiə sistemi bir neçə eşelonda qurulacaq.
Bunu şərh edən Narojniy vurğulayıb ki, bizim hərbçilər mülki şəxslərə atəş açmır, ona görə də həmin vaxt parad meydanına deyil, hərbi obyektlərə zərbələr gözləmək lazımdır - bu, kifayət qədər realdır.
"Hər şeyi sadələşdirsək, deməli, üç eşelon var - yaxın, orta və uzaq mənzilli. Rusların hava hücumundan müdafiə sistemləri kifayət qədər deyil. Məsələn, uzaq mənzilliləri götürsək, bunlar Rusiya ordusunun xidmətində olan "S-300" və "S-400" sistemləridir.
Rusiyanın bütün "açıq" ərazilərini əhatə etmək üçün 1000-dən çox "S-300" və ya "S-400" HHM-i lazımdır. Hesablamalara görə,- bu, 1200-1300 vahidə ehtiyac var. Hazırda isə rusların əlində ən yaxşı halda cəmi 200 belə sistem var”, - ekspert qeyd edib.
Ekspertin sözlərinə görə, bu sistemlərin əksəriyyəti müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazisində yerləşir - işğalçılar buradakı hərbi obyektlərini qorumaq üçün onlardan istifadə edirlər.
Narojni deyir:
"Əgər onlar 280 sistemi bir araya gətirirlərsə, bunlar müxtəlif diapazonlıdırlar. "Buk"lar və əllərinə keçən digərləri də. Bu o deməkdir ki, hardasa nələrsə "açıq"- müdafiəsiz qalacaq. Yəni haradasa onlar bu sistemləri döyüş növbətçiliyindən çıxaracaqlar.
Bu isə o deməkdir ki, bu, bizim üçün sırf hərbi hədəflərə - arsenallara, hərbi hissələrə, komanda məntəqələrinə, çata biləcəyimiz hər şeyə zərbə vurmaq üçün sadəcə çox yaxşı məqam olacaq. O ücmlədən hərbi aerodromlara...
Ukraynadan uzaq obyektlərdən hava hücumundan müdafiə sistemləri çıxarılsa belə, biz yenə də zərbə endirmək iqtidarındayıq və bunu Moskvadan 70 km aralıda yerləşən Rusiya arsenalına vurulan zərbə də təsdiqləyir - pilotsuz təyyarələr ora uça bilib.
Və pilotsuz təyyarələr vurulması ən az çətin hədəfdir. Biz isə zərbə endirə bildik. Təsəvvür edin, bu sistemlərin əksəriyyəti Moskvaya verilsə, nə baş verəcək. Mən əminəm ki, haradasa nəsə partlayacaq...
Pilotsuz təyyarələr həmin Qroznıya uçurdu. Əminəm ki, biz (hava hücumundan müdafiə sistemlərinin çıxarıldığı yerləri) tapacağıq”, - deyə Narojnı vurğulayıb.
O, həmçinin hesab edir ki, hətta 280 hava hücumundan müdafiə sistemi də Moskvanın 100 faiz müdafiəsinə zəmanət vermir.