Putin yanğına görə Ərdoğana zəng vurdu 

14:33 31.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

 

Hafta.az Kremlin mətbuat xidmətinə istinadən bildirir ki, ölkə liderləri Türkiyənin cənub rayonlarında baş verən meşə yanğınları nəticəsində yaranmış fövqəladə vəziyyəti müzakirə ediblər.

 

Rusiya və Türkiyənin təbii fəlakətlə mübarizədə əməkdaşlığının vacibliyi qeyd olunub.

 

Bundan əlavə, Putin Rusiyanın Türkiyəyə meşə yanğınlatının söndürülməsində hərtərəfli köməyi davam etdirəcəyini təsdiqləyib. Ərdoğan hərtəfli dəstəyə görə rusiyalı həmkarına təşəkkür edib.

Oxunma sayı 243