Qaçaqmalçılıq yolu ilə gətirilən siqaret və şirniyyat məhsulları aşkarlanıb - FOTO

18:30 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7800 ədəd siqaretin və 1872 ədəd şirniyyat məhsullarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Hafta.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn vətəndaşların idarə etdiyi "VAZ-21033" və "Honda Ridgeline" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 7800 ədəd "King" markalı siqaret və üzərində "Kent Kakao" sözləri yazılan 1872 ədəd şirniyyat məhsulları aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.