“Qanunun aliliyi haqqında danışan təşkilatlar onu pozan insanları müdafiə etməməlidir” – Səməd Seyidov

13:22 21.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürüklmək istəyir və biz həmin şər qüvvələrlə mübarizənin içərisindəyik”.

Hafta.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Səməd Seyidov deyib. Millət vəkili  qeyd edib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilarların ikili standartları ilə üzləşib: “Həmin qüvvələr indi də beynəlxalq təşkilatlar vasitəsilə deyil, daxildən Azərbaycanın sabitliyini pozmaq, ölkəni xaosa sürükləməyə cəhd edirlər. Ən faciəvisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”.

S.Seyidov bildirib ki, Avropa Birliyi Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz aksiyanı təhlil etməmiş bəyanat verib: “Avropa Birliyinin özündə nümayişçilərə güc tətbiq edilir. Fransada baş verən hadisələrdə 11 nəfər həlak oldu, gözləri çıxan insanlar var idi. Biz beynəlxalq təşkilatlara öz müraciətimizi göndərməliyik. Biz həm Avropa Parlamentinə, Avropa Şurasına, ATƏT və digər təşkilatlara müraciət göndərib deməliyik ki, qanunun aliliyi haqqında danışan təşkilatlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidir. Avropanın özündə baş verən hadisələr Avropada ikili standartların nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən əminəm ki, Azərbaycan xalqı hər şeyi çox gözəl görür”.

Siyasət rubrikasından digər xəbərlər