Qarabag məsələsində daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz - Müəllim və şəhid bacısı

10:20 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də "Şərq tərəfdaşlığı " ölkələrinin dövlət və hökümət başçılarının videokonfrans tipli sammitindəki çıxışınız bunu bir daha sübut edir. Siz Ermənistanın baş naziri Nikol Paşinyana özlərinin terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirdiniz. Bu ən düzgün və yerində verilmiş cavab idi. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ermənistanın hökümət başçısı susdu, çünki bu həqiqət idi. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, tezliklə Qarabağ məsələsinin bizim xeyrimizə həll olunacağına inanırıq.

Hörmətlə,

Quliyeva Fatma Çərkəz qızı

Müəllim və şəhid bacısı

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taynaq kəndi.  

Oxunma sayı 770
Siyasət rubrikasından digər xəbərlər