Qarabağda 400-dən çox abidə aşkarlanıb 

18:00 19.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin noyabrından bu günə kimi Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdəki 706 abidədən 404-nü artıq aşkarlayıb.

 

Hafta.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov bildirib.

 

Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 1000-ə yaxın mədəniyyət müəssisəsi aşkar edilib:

 “Bura kitabxanalar, muzeylər, mədəniyyət klubları və digər mədəni müəssisələr daxildir. Bu proses davamlı olaraq həyata keçirilməkdədir”.

Oxunma sayı 34