Qarabağda seysmoloji xidmət mərkəzləri açılacaq

12:27 06.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi işğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzlərini qurmaq hərəkatına başlayıb. Bu il onlardan bir neçəsinin açılışının olacağı gözlənilir.

 

Hafta.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Seysmologiya və mühəndis seysmologiyası" üzrə VI Beynəlxalq konfransında çıxışı zamanı deyib.

 

O bildirib ki, bununla əlaqədar olaraq zəruri hazırlıq işləri aparılıb və proseslərə başlanılıb. "Qardaş Türkiyənin də bu sahəyə göstərdiyi diqqəti qeyd etməyi özümə borc bilirəm",- AMEA prezidenti deyib.

Oxunma sayı 158
Gündəm rubrikasından digər xəbərlər