Qarabağdakı separatçı rejimin məmuru Los-Anceles şəhər şurasında çıxış etdi… - FOTO

13:34 01.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 30-da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsindəki Rusiya "sülhməramlı" kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin üzdəniraq qondarma "xarici işlər naziri" David Babayan Kaliforniya ştatının Los-Anceles şəhər şurasının iclasında iştirak  və çıxış edib.

Hafta.az xəbər verir ki,bu haqda Xankəndindəki separatçı erməni nəşrləri məlumat yayıb.

İclas zamanı Los-Anceleslə separatçı rejim "münasibətlərinin inkişaf perspektivləri, Cənubi Qafqaz regionunda baş verən proseslər, Azərbaycan-Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə toxunulub" -xəbərdə belə deyilir.

Xatırladaq ki, D.Babayan artıq 10 gündən çoxdur ki, ABŞ-da səfərdədir. Bu müddət ərzində onun Konqres binasında çıxışına və bir sıra ermənipərəst konqresmen və senatorlarla görüşünə şərait yaradılıb.

Oxunma sayı 1970