Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək

12:42 09.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Qaradağ rayonunda da mütəmadi tədbirlər keçirilir. 

Hafta.az-ın verdiyi məlumata görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Ümid qəsəbəsində olub.

YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Hacı İbrahimov çıxış edərək partiya tərəfindən bələdiyyə üzvülüyünə namizədliyi irəli sürülmüş nümayəndələr barədə ətraflı məlumat verib.

Qeyd edib ki, uzun illər boyu xalqın etimadını əməli fəaliyyəti ilə doğruldan partiyamızın üzvləri bu seçkidə də ənənəsinə sadiqliyini ilə qorumaq əzmindədirlər. Bu səbəbdən də namizədlərimizə dəstəkləməklə onlara səs verəcəyiniz təqdirdə arzu və istəyinizin reallaşacağına əmin ola bilərsiniz. Çünki partiyamızın alı məqsədi dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin bütün sahələr üzrə dinamik inkişaf etdirilməsi və xalqımızın sosial şəraitinin durmadan yüksəldilməsidir.

YAP rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş şəxslər platformaları barədə seçicilərə geniş məlumat verərək onların çoxsaylı suallarını cavablandırıblar.

Çıxış edən seçicilər növbəti bələdiyyə seçkilərində də YAP tərəfindən irəli sürülmüş namizədləri yekdil səslə dəstəkləyəcəklərini bildiriblər. Çünki bu partiyanın ölkəmizdə analoqu olmayan siyasi qüvvə olduğunu yaxş bilir və fəaliyyətini daim yüksək qiymətləndirirlər.

Oxunma sayı 31
Siyasət rubrikasından digər xəbərlər