“Qardaş Azərbaycana hər cür dəstəyi verməyə hazırıq” - Qazaxstan XİN

23:52 05.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib.

Hafta.az-a xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin bəyanat yayıb.

Bəyanatda deyilir:

“Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılığı yolverilməz hesab edirik.

Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür əməllər ümumbəşəri qınaq obyektidir. Bu, hadisə təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir.

Biz Azərbaycan xalqının dözümlülüyünə əminik və çətin vəziyyətlərdə qardaş dövlətə hər cür dəstəyi verməyə hazır olduğumuzu bildiririk”.

Oxunma sayı 382
Siyasət rubrikasından digər xəbərlər