“Qarşıdan gələn parlament seçkilərində iştirakımızı 20 il əvvəldən təsdiqləmişik” – Araz Əlizadə

16:13 09.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Biz qarşıdan gələn parlament seçkilərində iştirakımızı 20 il əvvəldən təsdiqləmişik. Hələ 20 il əvvəldən partiya olaraq ölkədə keçirilən bütün seçkilərdə iştirak edəcəyimizi qarşımıza məqsəd qoymuşuq. Mənim seçkilərə qatılacağımı isə Partiyanın Mərkəzi Komitəsinin plenumu müəyyənləşdirəcək. Plenum isə hələ belə bir qərar qəbul etməyib”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib. ASDP sədri bildirib ki, altıncı çağırış parlamentdə yaşlıların, yoxsa gənclərin üstünlük təşkil edəcəyini zaman göstərəcək: “Seçici kimi görmək istəyirsə, onu da seçəcək, müəyyənləşdirəcək. Mən falçı deyiləm. İndidən heç nə deyə bilmirəm”.

Araz Əlizadə sosial şəbəkələrdə onun və parlamentdə təmsil olunan digər müxalifət partiyasından olan həmkarlarını tənqid edənlərə də səslənib: “Mən nə sosial şəbəkədə varam, nə də orada fikir bildirənlərin dedikləri mənim üçün əhəmiyyətlidir. Bircə onu deyə bilərəm ki, dörd il ərzində parlamentdəkilərin hamısı çox yaxşı işlədi”.

Siyasət rubrikasından digər xəbərlər