Qasırğa Şimali İrlandiyada 75 mindən çox evi işıqsız qoyub

20:06 26.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Eovin” qasırğasının elektrik şəbəkəsinə vurduğu ziyan nəticəsində Şimali İrlandiyada təxminən 75 min istehlakçı hələ də elektrik enerjisindən məhrum olub.

Hafta.az BBC-yə istinadla xəbər verir ki, bazar günü Şimali İrlandiya ərazisində külək üçün sarı hava xəbərdarlığı qüvvədədir.

Bu xəbərdarlıq yerli saatla 19:00-a qədər davam edəcək. Bir çox bölgədə küləyin sürəti saatda 40-60 mil (65-96 km) arasında dəyişir.