Qaxda bal emalı müəssisəsi açıldı

16:43 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən birgə reallaşdırılan “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində dekabrın 4-də Qax rayonunun Ləkit kəndində bal emalı müəssisəsi istifadəyə verilib.

İqtisadiyyat Nazirliyindən hafta.az-a verilən məlumata görə, bununla əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil edilmiş tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, USAİD-in nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə SEDA layihəsi çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verilib, belə layihələrin bölgələrdə mikro və kiçik sahibkarlığın inkişafına töhfə verdiyi qeyd edilib, Ləkit kəndində bal emalı müəssisəsinin satışa çıxarılacaq yerli balın qablaşdırılmasında və saxlanmasında, ümumilikdə arıçılığın inkişafında əhəmiyyəti vurğulanıb.