Qaxda yol qəzasında 3 nəfər ağır yaralandı

16:10 17.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaxda rayonunda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 32 yaşlı qadın sağ bilək və budun sınığı, 17 yaşlı oğlan sağ budun sınığı diaqnozu ilə reanimasiya şöbəsinə, 17 yaşlı digər yeniyetmə isə kəllə-beyin travması ilə cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda yaralıların müalicəsi davam edir.