Qazaxıstanda əcnəbilərə yenidən İIN nömrələri verilməyə başlandı

09:20 18.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda bu gündən etibarən Fərdi İdentifikasiya Nömrələrinin (İIN) verilməsini bərpa edib.

Hafta.az-ın yazdığına görə, bu xidmətdən bəzi xarici vətəndaşlar Qazaxıstanın Rusiyadakı səfirliklərində və konsulluqlarında istifadə edə biləcəklər.

Qazaxıstanın Xarici İşlər, Daxili İşlər və Rəqəmsal İnkişaf nazirliklərinin birgə qəbul etdiyi qərarla icra 31 dekabr 2025-ci il tarixinədək davam edəcək.

İIN (Fərdi Eyniləşdirmə Nömrəsi) Qazaxıstanda vətəndaşlara və əcnəbilərə verilən 12 rəqəmli unikal eyniləşdirmə nömrəsidir. O, Türkiyədəki vergi identifikasiya nömrəsinə bənzər şəkildə işləyir. Bank hesabı açmaq, sim kart almaq, dövlət qurumlarına müraciət etmək kimi bir çox əməliyyatlar üçün lazımdır. İnsana yalnız bir dəfə verilir və ömürboyu etibarlıdır.