Qazlı içkilər içən hamilə qadınların uşaqları autizmli doğula bilər

11:30 26.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da aparılan yeni araşdırma, aşağı kalorili soda və ya süni dadlandırıcı aspartam qarışıqlı qida və içkiləri qəbul edən hamilə və ya uşaq əmizdirən qadınların övladlarında, xüsusən də “oğlan” uşaqlarında autizm nisbətinin daha yüksək olduğunu ortaya qoyub.

Hafta.az-ın yazdığına görə, tədqiqatçılar Autizm Spektr Bozukluğu (ASD) diaqnozu qoyulmuş 235 uşağın analarının bildirilən aspartam istehlakını təhlil ediblər. Bu nəticələr daha sonra "tipik nevroloji inkişafı" olan 121 uşaqdan ibarət nəzarət qrupu ilə müqayisə olunub.

Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, autizmli uşaqların ana bətnində olarkən və ya ana südü ilə qidalanarkən gündəlik olaraq aspartamla zənginləşdirilmiş məhsullara məruz qalma ehtimalı üç dəfə çoxdur. Bununla belə, tədqiqatçılar bu araşdırmada autizm hallarının əksəriyyətinin (yüzdə 87) kişilər olduğuna diqqət çəkiblər.

Tədqiqatın aparıcı müəllifi Şaron Parten Fovler araşdırmanın nəticələri haqqında bunları deyib: "Hamiləlik və ana südü verilən zamanı aspartam istehlakı ilə uşaqlarda autizm halları arasındakı bu əlaqəni araşdırmaq vacib olacaq. Çünki anaların məruz qaldığı və uşaqlarının xəstəliyin inkişaf riskinə təsir göstərə biləcək əlavə risk faktorları haqqında daha çox məlumat toplanır".

Bu işin qadınları hamiləlik dövründə qazlı içkiləri içməmələri ilə bağlı xəbərdar edən ilk araşdırma olmadığını deyən Fovler şərhinə bildirib ki, 2010-cu ildən bəri, hamiləlik zamanı aşağı kalorili qazlı içkilər içən qadınların uşaqlarının sağlamlıq risklərinin artması ilə bağlı bir sıra hesabatlar dərc edilib.

Bu sağlamlıq risklərinə vaxtından əvvəl doğuş riskinin artması, həmçinin uşaqlıqda piylənmə riskinin yüksəlməsi daxildir.

Fovler araşdırma haqqında belə deyib: “Bu yaxınlarda aparılan bir araşdırma göstərdi ki, pəhriz içkilərində istifadə edilən dadlandırıcılar ana bətnində uşağı əhatə edən amniotik mayedə və uşağın göbək bağındakı qanda yığılır. Bu sübut edir ki, bir qadın pəhriz dadlandırıcıları içdikdə, onlar uşaqlıq yoluna və uşağın daxilində olan mayeyə çatır".

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyul ayında aspartamın mümkün insan kanserogeni kimi təsnif edildiyini açıqlayıb.