Qəddafi BMT-də ədalət tələb etdi və 741 gün sonra öz xalqı tərəfindən öldürüldü

12:14 07.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tam 10 il əvvəl bu gün... BMT-nin Baş Assambleyasının toplantısında çıxış edəcək Liviyanın devrilmiş lideri Müammər Qəddəfai salona daxil olur. ABŞ-ın o zamankı dövlət katibi Hillari Klinton və BMT-dəki daimi nümayəndəsi, səfir Suzan Rays etiraz olaraq iclası tərk edir. 

Hafta.az-ın yazdığına əsasən, qalan bütün dövlət və hökumət başçıları səssizcə oturub Qəddafinin nə danışacağını gözləyirdilər. Budur, tribunaya qalxan Qəddafi ağzını açan kimi böyük güclərin 1945-ci ildən bu yana öz maraqları naminə dünyanın hər yerində yüzlərlə münaqişə ocaqları alovlandırdığını bəyan etdi. Bildirdi ki, BMT-nin qaydalarını görməzlikdən gələn bu güclərə etiraz edilməli, onlar BMT sıralarından çıxarılmalıdırlar. Bu azmış kimi, Qəddafi Təhlükəsizlik Şurasını "terror şurası" adlandırdı. 

Qəddafi dayanmırdı. BMT TŞ-nın yalnız 5 üzvünün veto haqqı olmasını ədalətsizliyin ən böyük nümunəsi adlandırdı. Onun tarixə qızıl hərflərlə yazılan həmin çıxışını salonda səssizcə oturub tribunaya zillənən 150 dövlətin lideri dinləyirdi. 

Tam 96 dəqiqə çəkən çıxışının sonunda isə Fələstin sülh planı təklifini də "Oxuyun!" deyərək Baş assambleyanın sədri oturan kürsüyə atdı. 

Qəddafi içindən gələni haqqı qismən də olsa dedi və 741 gün sonra məhz öz xalqı tərəfindən vəhşicəsinə qətlə yetirildi...