Qəzzada ölən fələstinlilərin sayı 53486 nəfərə çatıb

09:55 20.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan mülki şəxslərin sayı artır.

Hafta.az-ın yazdığına görə, Qəzzada Fələstin Səhiyyə Nazirliyi son 24 saatda İsrailin hücumları nəticəsində 136 nəfərin həyatını itirdiyini açıqlayıb. Beləliklə, 2023-cü il oktyabrın 7-dən bu yana həyatını itirənlərin sayı 53486 nəfərə yüksəlib. Hücumlar zamanı 121398 nəfər yaralanıb.

Ölənlərin 70 faizinin qadın və uşaqlar olduğu bildirilir.