Qızıl mağazasında oğurluq olunub

14:27 27.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail rayonunda yerləşən qızıl satılan mağazalardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törədən Emin Quliyev saxlanılıb.

 

 
Saxlanılan şəxsin digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.