Qızıl və gümüş ucuzlaşıb

14:33 29.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Hafta.az-ın məlumatına görə, yanvarın 29-da qızılın qiyməti yanvarın 28-i ilə müqayisədə 24,1315 manat azalaraq 1 unsiya üçün 2661,129 manat təşkil edib.

Gümüş 1,0047 manat ucuzlaşaraq 1 unsiya üçün 29,6931 manata bərabər olub.

Platinin qiyməti 2,431 manat artaraq 1685,635 manat, palladiumun qiyməti 10,3105 manat artaraq 3926,065 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Oxunma sayı 134