Qonşu ölkədə qpip epidemiyası 81 nəfəri öldürdü

11:50 08.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran Səhiyyə nazirinin müavini Əli Rza Rəisi, İRNA rəsmi xəbər agentliyinə deyib ki, ölkədə qrip epidemiyası şiddətlə yayılmaqda və təbii ki, çoxlu can almaqdadır.

Hafta.az-ın yazır ki, onun sözlərinə görə, son bir həftə ərzində 8333 nəfər qrip virusuna yoluxduğu üçün xəstəxanalara müraciət edib. Müainədən sonra həmin adamların yarıdan çoxu ən azı iki gün müddətinə xəstəxanada saxlanılıb. Rəisi qalan pasientlərin evə buraxıldığını, amma həkim nəzarətində olduqlarını da əlavə edib. 

Nazir müavini deyib ki, sentyabr ayından bu yana olan üç ay ərzində 81 nəfər məhz qrip epidemiyasının qurbanı olub. Onlardan 25 nəfəri məhz ötən həftə ölüb. 

Qeyd edək ki, İranda son aylar ərzində Gülüstan, Mazəndaran, Kehguliyyə-Buyer Əhməd, Kirman və Əhvaz bölgələrində "donuz qripi" adı ilə tanıdığımız H1N1 virusunun aşkar olunduğu da açıqlanmışdı. 

 

Oxunma sayı 114