Qoşqar Təhməzli Çində səfərdədir 

17:04 09.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdədir. 

Hafta.az xəbər verir ki, 9–13 iyun 2026-cı il tarixlərini əhatə edən səfər çərçivəsində ÇXR-in Baş Gömrük Administrasiyasının rəhbərliyi və digər rəsmilər ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, eləcə də digər prioritet məsələlər ətrafında müzakirələr aparılacaq. Həmçinin bir sıra sənədlərin imzalanması gözlənilir.