Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib

12:43 22.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qoşulmama Hərəkatının Bakı sammitində 60 ölkənin dövlət və hökumət başçısının iştirakı təsdiqlənib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək sammitdə dövlət və hökumət başçıları ilə yanaşı, XİN və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı da gözlənilir.

Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.