Quba sakinində qanunsuz silah aşkar edilib

13:00 20.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd polis bölməsinin əməkdaşları rayonun Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan hafta.az-ın bölgə müxbirinə verilən məlumata görə, həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Oxunma sayı 128