Qubada baş verən qəza ilə bağlı araşdırma başlandı - "Azərişıq"

13:56 18.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus avtomobilin qəzaya uğraması ilə bağlı araşdırma aparılır.

Bu barədə hafta.az-a qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda qurumun regional idarəsinin rəhbər işçiləri hadisə yerindədir: "Hadisənin hansı şəraitdə və necə baş verməsi barədə ictimaiyyətə dəqiq məlumat veriləcək".

Xatırladaq ki, “Azərişıq” ASC-yə məxsus avtomobilin dərəyə aşması nəticəsində 2 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir. Yaralılar Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.