Qənirə Paşayeva Bolqarıstandakı seçkiləri izləyəcək

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
AzƏrbaycanı AŞ PA-da təmsil edən nümayəndə heyətinin üzvü Qənirə Paşayeva oktyabrın 19-dan 24-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaq. Bu haqda parlamentarinin özü “Həftə içi“nə bildirib. Millət vəkili qeyd etdi ki, o, AŞ PA-nın xətti ilə müşahidəçi qismində 23 oktyabrda keçiriləcək Bolqarıstan prezident seçkilərinin gedişini izləyəcək. Q.Paşayeva bildirdi ki, səfər çərçivəsində ATƏT-in Bolqarıstandakı müşahidə missiyasının, həmçinin bu ölkənin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə, Bolqarıstan MSK-nın sədri və Ali İnzibati Məhkəməsinin baş katibi ilə görüşlər keçiriləcək. Millət vəkilinin sözlərinə görə, o, eyni zamanda prezidentliyə namizədlər və onların nümayəndələri, media mənsubları, QHT təmsilçiləri ilə də görüşəcəkdir və seçkilərə hazırlıqla bağlı fikir mübadiləsi aparacaq. Xanım parlamentarimiz dedi ki, seçki günü demokratik seçki qaydalarına riayət edilməsinə, ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına diqqət yetirəcək.
Nahid Canbaxışlı