Qubadlıda xeyli silah-sursat aşkarlanıb - FOTO

11:58 07.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarə olunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Oxunma sayı 2454