Qubanın dağlıq kəndlərinə qar yağıb

11:02 22.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü bir santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur -1 dərəcəyədək aşağı düşüb.

Xınalıq kənd sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.

Sosial rubrikasından digər xəbərlər