Qüdrət Həsənquliyev parlament televiziyasının yaradılmasını təklif etdi...

13:00 02.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında parlament televiziyasının yaradılması təklifi səsləndirilib.

“Həftə içi” müxbirinin verdiyi  xəbərdə deyilir ki, bu təkliflə  deputat Qüdrət Həsənquliyev çıxış edib.

Parlament üzvü Milli Məclisdəki çıxışında öncə seçicilərin problemlərini qaldırmaq üçün deputatlara çıxış imkanı yaradan spiker Sahibə Qafarovaya təşəkkür edərək deyib:

“Əgər bu, belə davam edəcəksə, insanlar öz problemlərindən danışılması üçün başqa auditoriya aramayacaqlar”.

Daha sonra Q.Həsənquliyev yaradılmalı olan parlament televiziyası vasitəsilə MM-in iclaslarının canlı yayımlanmasə zərurətindən danışıb.

 “Qoy sadə seçicilər görsün, televiziyalar işıqlandırsın. Bu gün azsaylı insanlar televiziyaya baxır. İnsanlar televizoru açanda nəyi görürlər? Baxırlar ki, siyasi tok-şoularda ancaq hökumətin tərifinə həsr olunur. Ona görə də maraqlı olmurlar o verilişlərə baxmağa, ya şou proqramlara baxırlar, ya da televizoru söndürürlər. Ona görə də yaxşı olar ki, parlamentin özünün televiziyası olsun. İclaslar həm canlı yayımla verilməli, həm də təkrar yayımlar olmalıdır…”- deyə deputat vurğulayıb.

Oxunma sayı 1379
Siyasət rubrikasından digər xəbərlər