Qusarda ağacəkmə aksiyası keçirilir

14:14 06.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qusarlılar da böyük həvəslə qoşulublar.

Hafta.az xəbər verir ki, dekabrın 6-sı səhər saatlarından Qusar şəhəri ərazisi, rayon mərkəzindən “Şahdağ” Turizm Mərkəzi və Xudat istiqamətindəki yolların kənarı boyunca müxtəlif ağac tinglərinin əkilməsinə başlanılıb.

Bayram əhval-ruhiyyəsində keçən aksiyaya yüzlərlə rayon sakini könüllü olaraq qoşulub.

Bu genişmiqyaslı kampaniya Azərbaycan şairi İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi və təbliği ilə yanaşı, həm də ekoloji mühitin qorunması baxımından olduqca əhəmiyyətlidir.

 

Rayon ərazisində gün ərzində minlərlə ağac tinginin əkilməsi nəzərdə tutulub.

Dekabrın 6-da Qusarla yanaşı, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında da genişmiqyaslı ağacəkmə aksiyaları keçirilir.

Oxunma sayı 32