Qusarda sahədən 5 ton kartof oğurlanıb

13:51 09.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusarda sahədən 5 ton kartof oğurlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də T.Nəzirova məxsus torpaq sahəsindən 5 ton kartof oğurlamaqda şübhəli bilinən Yasab kənd sakinləri İ.Cəfərov, V.Pirov, Ə.Balasultanov və Ə.Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.