Ramos Çempionlar Liqasının tarixinə düşdü

14:29 23.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qatasaray" - "Real" matçında yeni rekord qeydə alınıb. Madrid təmsilçisinin kapitanı Serxio Ramos İstanbuldakı qarşılaşmada 121-ci ÇL matçına çıxıb. İspaniyalı futbolçu bununla da qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən müdafiəçiyə çevrilib.

ÇL-də müdafiəçilər arasında ən çox oyun keçirən futbolçu Roberto Karlos idi - 120. Ramos məhz keçmiş komanda yoldaşının rekordunu yeniləyib.

Qeyd edək ki, Ramosun komandası "Qalatasaray"la oyunda 1:0 hesablı qələbəyə sevinib.