Ramzan Kadırovun səhhətində problem var

13:37 16.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda müalicə olunur.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kadırovun nümayəndəsi Alvi Kərimov açıqlama verib.

"Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov tibbi prosedurları tələb edən müalicə kursu keçir", - deyə Kərimov bildirib.

Onun sözlərinə görə, Çeçenistan konstitusiyasında müvəqqəti iş imkanının itirilməsi və ya tətil müddətində rəhbər vəzifələrinin hökumət sədrinə həvalə edilməsi nəzərdə tutulur: "Bu, adi bir praktikadır və bütün subyektlərdə istifadə olunur”.

Qeyd edək ki, daha əvvəl Çeçenistan rəhbəri və hökumətinin saytında regiona rəhbərliyin müvəqqəti olaraq Baş nazir Muslum Xuçiyevə tapşırıldığı barədə məlumat dərc olunub.