Regionlarda iş tapmaq daha çətindir – Millət vəkili

12:03 23.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda ölkəmizdə 2 milyon 240 min civarında gənc var. Onların əsas problemi məşğulluqla, asudə vaxtlarının səmərəli təşkili ilə bağlıdır.

Bu fikirləri hafta.az-a Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, pandemiya dövründə demək olar ki, bir çox dərnəklər, idman qurğuları qapalı oldu:

“Bu da təbii ki, asudə vaxtın səmərəli təşkil olunmasına çox böyük fəsadlar yaratdı. Qeyd etdiyim kimi, ən önəmli məsələlərdən biri də məşğulluq məsələsidir. Xüsusilə təcrübəsi olmayan gənclər, hansı ki, ilk dəfə iş axtarışındadırlar, onlar üçün iş tapmaq çətindir. Bu problem regionlarda özünü daha qabarıq göstərir. Yəni, paytaxtla müqayisədə regionlarda iş tapmaq daha çətindir. Təbii ki, pandemiya dönəmində gənclər üçün təhsil sahəsində də bir sıra çətinliklər oldu. Ənənəvi təhsildən uzaqlaşdılar və bir çox ənənələri yadırğadılar. Bu səbəbdən gənclərin təkrar ənənəvi təhsilə qayıtması və onu bərpa etməsi müəyyən vaxt alacaq. Bu işdə valideynlər, müəllimlər və uşaqlar birgə iş aparmalıdırlar ki, ənənəvi təhsili tam olaraq bərpa etsinlər”.

Oxunma sayı 270