Rəisi və Ərdoğan arasında telefon danışığı olub

21:20 08.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

 

Hafta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tərəflər müştərək əməkdaşlığın artırılmasına, xüsusi ilə iqtisadi sahədə və terrorizmlə mübarizədə ikitərəfli əməkdaşlığın artırılmasına sadiq olduğunu bildiriblər.

 

Rəisi deyib ki, terrorizmlə mübarizədə əsas yol ölkələrin hakimiyyətinə hörmətlə yanaşmaqdadır: "İran İslam Respublikasının terrorizmlə mübarizədə parlaq keçmişini nəzərə alaraq bütün ölkələrlə bu istiqamətdə əməkdaşlıq etməyi alqışlayırıq".

 

Türkiyə prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana gələcək səfərində iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək.

Oxunma sayı 30