Robot cərrahlar 10 il ərzində baş nəqli edəcək

09:54 24.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Robotların 10 il ərzində insan başını başqasının bədəninə köçürə biləcəkləri iddia edilib.

Hafta.az-ın “New Atlas”a istinadən yazdığına görə, neyrologiya və biotibbi mühəndislik startapı BrainBridge, süni intellekt və robotlardan istifadə edərək yüksəksürətli transplantasiya həyata keçirəcək yeni texnologiya hazırlamağı planlaşdırdığını açıqlayıb. Dokuların pisləşməsinin qarşısını almaq üçün beyin nəqli həyata keçirməyi hədəfləyən layihələrdə sürət kritikdir.

BrainBridge metodu süni intellekt alqoritmləri ilə idarə olunan robotların donorun başını çıxararaq, digərinin başını onun bədəninə bağlayaraq yaddaşını və idrak bacarıqlarını qoruyub saxlamasını nəzərdə tutur.

Robotlar onurğa beynini, sinirləri və qan damarlarını birləşdirəcək, polietilen qlikol isə kəsilmiş neyronları birləşdirmək üçün istifadə olunacaq. Bu maddənin periferik sinir zədələnmələrinin müalicəsində faydalı olduğunu göstərən bəzi araşdırmalar olsa da, baş transplantasiyası kimi əhatəli bir prosedurda necə nəticə verəcəyini təxmin etmək çətindir.

Xərçəng və ya iflicdən əziyyət çəkən insanların başlarına gənc və sağlam beyni ölmüş insanların cəsədlərinin yapışdırılaraq xəstələrə yeni həyat təqdim edilməsi planlaşdırılır.

Layihənin arxasında duran molekulyar bioloq Haşem əl-Qaili "tam baş və üz transplantasiyası" həyata keçirəcəyini söylədiyi texnologiya haqqında deyir: "Bu ən müasir sistem sağalmaz xəstəliklərdən əziyyət çəkən xəstələrə yeni bir həll təqdim edir. 4-cü mərhələdə xərçəng, insult və ya Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin sağalması üçün ümid verir".

Əl-Qaili ilk dəfə keçən ilin oktyabrında bu layihə haqqında danışanda qarşıda 8 illik yol xəritəsinin olduğunu bildirmişdi. BrainBridge hazırda ideya mərhələsində olduqlarını vurğulayır.

Şirkət həmçinin bu beyinlərin ömrünün "bir neçə əsr" olduğunu iddia edir. Əgər bu mümkün olarsa, gənc bədənlərə baş transplantasiyası sayəsində insanların ömrünü uzatmaq üçün yeni bir qapı açıla bilər.

Elm dünyasında beyin və baş transplantasiyası cəhdləri yeni deyil. 2017-ci ildə neyrocərrah Sergio Kanavero iki cəsəd arasında beyin transplantasiyası əməliyyatı keçirdiyini deyərək gündəmə gəlmişdi. Keçən il Kanavero iddia etmişdi ki, indi canlı insanlar arasında beyin transplantasiyası etmək mümkündür.

Digər tərəfdən, beyin kimi mürəkkəb bir orqanın transplantasiyası ilə bağlı bəzi narahatlıqlar var. BrainBridge, baş nəqli xəstələrinin şüurunu qoruyacağını iddia etsə də, şüurla bağlı cavablandırılması lazım olan bir çox sual var. Bənzər bir vəziyyət xatirələrə aid olsa da, transplantasiya edilən bir xəstənin planlaşdırıldığı kimi oyanıb oyanmayacağını bilmək üçün hələ tez olduğunu söyləmək olar.

Oxunma sayı 149