Yazını böyüt
Yazını kiçilt
Rumıniyanın qabaqcıl KİV-ləri, Digi 24, Adevarul ro, Pro Tv televiziya kanalı, “Newsweek” qəzeti və digərləri CNN-ə istinad edərək, Azərbaycanın Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan bəhs edib.
Yazıda hələ XIII əsrdə dünya şöhrətli səyyah, venesiyalı tədqiqatçı Marko Polonun Yanardağın əsrarəngizliyi haqqında məlumat verdiyi qeyd edilib. Yanardağı görmüş digər səyyahlar da başqa ölkələrə səfər edərkən bu “yanan torpaq” barədə xəbərlər veriblər. Bu səbəbdən Azərbaycan “Odlar Yurdu” kimi məşhurlaşıb. Bildirilib ki, 200-300 il əvvəl burada alovun hündürlüyü 2-4 metrə qədər qalxıb. Bu səbəbdən minilliklər boyu Yanardağ ölkəmizə gələn səyyahları valeh edən məkanlardan biri sayılıb.azertac