Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

16:15 01.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri, Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişə zonasında eskalasiyanı qəti şəkildə pisləyir.

Hafta.az-ın məlumatına görə, bu barədə prezidentlərin birgə bəyanatında deyilir.

Bəyanatda münaqişə nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verilib:

“Biz münaqişə tərəflərini döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırırıq. Biz, həmçinin Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə tənzimləmə üzrə ilkin şərtlər olmadan danışıqların bərpa olunması məqsədilə üzərlərinə öhdəlik götürməyə çağırırıq”.

Oxunma sayı 714
Siyasət rubrikasından digər xəbərlər