Rusiya bütün idman yarışlarından kənarlaşdırıldı

16:14 09.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Anti-Dopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə bütün idman yarışlarından kənarlaşdırıb.

Hafta.az-ın məlumatına görə, bu qadağa Olimpiya oyunları və dünya çempionatlarına da şamil edilir.

Bu müddət ərzində rusiyalı idmançılar və komandalar dünya miqyaslı yarışlarda, o cümlədən 2020-ci il Yay Olimpiya oyunlarında və 2022-ci il futbol üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

 

Bundan başqa, Rusiya ərazisində dünya çempionatlarının keçirilməsi də qadağan edilib.

Oxunma sayı 29