Rusiya müxtəlif tipli pilotsuz uçuş aparatlarının istehsalını xeyli artırıbdır.
Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(MN BKİ) rəis müavini, general-mayor Vadim Skibitski "RBK-Ukrayna" nəşrinə müsahibəsin danışıb.
"Əgər əvvəllər, 2023-cü ildə - 2024-cü ilin əvvəlində biz yalnız bir "Şahed"i bilirdiksə, sonra "Qeran-1", "Qeran-2" və başqa PUA-lar meydana çıxıb. Bu gün bu pilotsuz uçuş aparatlarının diapazonu o qədər böyükdür ki, onları bir əlin barmağı ilə saymaq həmişə mümkün olmur: "Qeran-1", "Qeran-2" , "Qarpiya", "Qerbera", "Parodiya" və başqaları”, - o, bildirib.
General-mayorun sözlərinə görə, hazırda istifadə olunan pilotsuz təyyarələrin növlərinə döyüş-zərbə, kəşfiyyat pilotsuz uçan aparatları, pilotsuz uçuş aparatları olan, lakin döyüş yükü olmayan yalançı hədəflər və imitasiya hədəfləri daxildir.
“Əslində bütün bunlar bütövlükdə hava hücumundan müdafiə sistemimizi həddən artıq yükləyir. Harada döyüş başlıqlı dronun uçduğunu və harada başlıqsız dronun uçduğunu ayırd etmək çox çətindir”, - deyə Skibitski izah edib.
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi iddia edir ki, Rusiya Federasiyasında pilotsuz uçuş aparatları İjevskdə, Yelabuqada, həmçinin Kalaşnikov konserni tərəfindən istehsal olunur:
"Onlar indi pilotsuz uçan aparatların istehsalını xeyli artırıblar. Bu da onlara bir zərbədə 150-200 pilotsuz uçan aparatdan istifadə etməyə imkan verir. Yeri gəlmişkən, onlar bizim ərazimizə pilotsuz uçuş aparatlarının buraxılacağı buraxılış meydançalarının sayını artırmağı planlaşdırırlar. Rusiya komandanlığının hesablamalarına görə, ilin birinci yarısı üçün nəzərdə tutulan planlar yerinə yetirilərsə, onlar Ukrayna istiqamətində eyni vaxtda təxminən 500 pilotsuz uçuş aparatını havaya qaldıra biləcəklər”.