Rusiya XİN Qarabağla bağlı bəyanat verdi

16:17 01.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəsmi Moskva Dnestryanı və Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu faydalı hesab edir.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ATƏT Xarici işlər nazirləri şurasının iclası ərəfəsində verdiyi bəyanatda deyilir.

 

“ATƏT Dnestryanı və Qarabağ münaqişələrinin nizamlanması prosesində faydalı rol oynayır. Biz hesab edirik ki, istənilən münaqişənin həlli sülh yolu ilə siyasi və diplomatik vasitələrlə, münaqişə tərəflərinin birbaşa iştirakı ilə müəyyən edilmiş çərçivələr daxilində və onların maraqları nəzərə alınmaqla həyata keçirilməlidir”, - Rusiya XİN-in bəyanatında deyilir.

Oxunma sayı 103
Siyasət rubrikasından digər xəbərlər