Rusiyanın səhiyyə naziri Mixail Muraşko ölkədə 23 mindən çox həkim çatışmazlığının olduğunu bəyan edib. Muraşko orta səviyyəli səhiyyə kadrları sahəsində ciddi kadr çatışmazlığının olduğunu da vurğulayaraq, bu sahədə açığın 63500 nəfər olduğunu bildirib.
Hafta.az-ın yazdığına görə, nazir bildirib ki, 2023-cü ildən etibarən həkimlərin sayı artıb və hazırda ölkədə həkimlərin ümumi sayı yarım milyonu ötüb. Lakin buna baxmayaraq, xüsusən də bəzi bölgələrdə və ixtisaslarda tibb kadrlarının çatışmazlığı hiss olunur.
Muraşko son illər həkimlərin maaşlarının artdığını xatırladaraq bildirib ki, 2019-cu ildə orta hesabla 80 min rubl (921 dollar) olan həkim maaşları 2024-cü ilə qədər 123 min rubla (1416 dollar) yüksəlib. Bununla belə ekspertlər vurğulayırlar ki, maaşlar artırılsa da, kadr çatışmazlığının aradan qaldırılması üçün daha kompleks tədbirlər görülməlidir.